Hipertonik kirizin əlamətləri - Ölümün bir addımlığında

  • 2022.10.03 14:13
  • 2407 Baxış
Hipertonik kirizin əlamətləri  - Ölümün bir addımlığında


Yüksək təzyiq xəstələrini ölümlə üz-üzə qoyan an, ağırlaşma hipertonik krizdir. Bu zaman nəticə insult ola bilər.


"Medicina" xəbər verir ki, hipertonik kriz yüksək təzyiqin qəfil, birdən daha da yüksələrək 180 sayılan həddi keçməsi, bəzən 200-ə çatmasıdır.

Bu an çox qısa müddət çəkə bilər, amma təhlükəsinə görə qorxuludur.

Krizə səbəb xəstənin çox əsəbiləşməsi, həyəcan, hava dəyişməsi, hormonal pozuntu, alkoqol, hər hansı qida, qəhvə və dərmanı unudub qəbul etməməsi ola bilər.

Mayyo klinikasının həkimləri hipertonik krizin siqnallarını açıqlayıb.

- Bədəndə əsmə, qıcolma
- Ürəkbulanma, qusma
- Ürəkdə ağrı, yanma

- Tərləmə, titrəmə
- Üzdə qızarma
- Nəcisin sulu olması
- Qorxu, həyəcan

- Ürəkgetmə hissi
- Nəfəsdə darlıq

- Güclü baş göz ağrısı

Bu zaman xəstəyə təcili həkim müdaxiləsi lazımdır.

Kriz 2 -3 saat çəkə bilər. Xəstədə əlamətlər artan sürətlə gedir.

Aygün Musayeva