Hipertonik krizlə səhv salınan göz təzyiqi – Əlamətlər

  • 2024.01.24 18:53
  • 628 Baxış
Hipertonik krizlə səhv salınan göz təzyiqi  – Əlamətlər
Adətən xəstələr və hətta həkimlər də tərəfindən də təzyiqin yüksəlməsi ilə səhv salınan qlaukoma xəstəliyi qəfildən başlaya bilər.


“Medicina” xəbər verir ki, oftalmoloq Svetlana Mirqorodskaya qlaukomanı vaxtında aşkarlamağın vacibliyini açıqlayıb:


“ Qlaukoma – gözlərin ən ağır, qəddar xəstəliyidir, ilk başlanğıcda simptomsuz keçir, şikayətlər başlayanda isə artıq gec olur.

Qkaukomanın 2 forması var: açıq və qapalı.

Hansı simptomlar verir:

- Görmənin bulanması, keyfiyyətinin itməsi
- Kontrast həssaslığın azalması
- Gözlərdə gərginlik
- Ağrı
- Gicgahda ağrı
- Dumanlı görmə
- Gözlərdə quruluq

Tutmalar zamanı nə baş verir:

- Baş ağrısı
- Gözlərin qızarması
- Bəbəklərin genişlənməsi
- Ürəkdöyünmə
- Ürəkbulanma

- Göz önündə işığa baxanda dairələr, halqalar
- Sanki təzyiqin qalxması kimi hiss
- Görmə sahəsinin daralması

Xəstələr bu halları təzyiqin artması ilə səhv salır, təcili yardım çağırır və təzyiqə qarşı müalicələr olunur.

Qlaukoma zamanı gözdaxili təzyiq də yüksəlir, eləcə də görmə siniri zədələnir, neyropatiya yaranır.
Qlaukoma əməliyyatla müalicə edilmir”.


Aygün Musayeva