Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət

  • 2026.06.19 14:35
  • 125 Baxış
Histamin intoleransı və psevdoallergiya:  Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət

Allergiya dedikdə çox insanın ağlına dəridə səpkilər, qaşınma, burun axması, gözlərin sulanması və ya nəfəs darlığı gəlir. Bəzən bu əlamətlər həqiqi allergiyada olur və bədənin immun sistemi müəyyən bir maddəyə qarşı güclü reaksiya verir.

Medicina.az xəbər verir ki, hər oxşar simptom allergiya demək deyil. Bəzən problem immun sistemində yox, orqanizmdə histamin balansının pozulması ilə bağlı olur. Buna psevdoallergiya və ya histamin intoleransı deyilir.
Həqiqi allergiya necə yaranır?

Həqiqi allergiyada orqanizm müəyyən bir maddəni (məsələn, toz, qida, dərman və s.) “təhlükə” kimi tanıyır. İmmun sistem bu maddəyə qarşı xüsusi anticisimlər (IgE) yaradır.

Sonra həmin maddə yenidən bədənə daxil olanda, immun sistem onu tanıyır və reaksiya başlayır. Bu zaman histamin adlı maddə ayrılır və:

• qaşınma
• səpkilər
• göz sulanması
• burun axması
• bəzən nəfəs darlığı
kimi əlamətlər ortaya çıxır. Bu vəziyyət sürətli və bəzən ciddi ola bilər.
Psevdoallergiya nədir?

Psevdoallergiya isə zahirən allergiyaya bənzəyir, amma burada immun sistem “səhv həyəcan siqnalı” vermir. Problem histaminin bədəndə çoxalması və ya düzgün parçalanmamasıdır.
Yəni histamin artır, amma səbəb allergiya deyil.

Bu halda da eyni əlamətlər ola bilər:

• dəri qaşınması və övrə
• burun tutulması və axması
• baş ağrısı, miqren
• ürəkbulanma
• halsızlıq
• yuxu pozğunluğu
• qarında narahatlıq
Histamin niyə artır?

Histamin balansı bir neçə səbəbdən pozula bilər.
Bəzi qidalar histaminlə zəngindir və ya bədəndə histaminin artmasına səbəb olur. Məsələn: köhnə yeməklər, bəzi pendirlər, kolbasa, konservlər, turşular, şokolad, sitrus meyvələr və s.
Bəzi hallarda isə problem orqanizmin histamini parçalaya bilməməsidir. Bunun əsas səbəbi DAO fermentinin zəifləməsi olur. Bu ferment normalda histamini parçalayır və balansı qoruyur.
DAO azalanda histamin yığılır və simptomlar başlayır.
DAO niyə zəifləyir?

Bu fermentin azalmasına müxtəlif faktorlar təsir edə bilər:

• bağırsaq problemləri
• qaraciyər və böyrək xəstəlikləri
• uzunmüddətli stress
• bəzi vitamin və mineral çatışmazlıqları
• alkoqol istifadəsi
• bağırsaq mikroflorasının pozulması
Həqiqi allergiya ilə fərqi

Həqiqi allergiyada immun sistem (IgE) aktiv olur.
Psevdoallergiyada isə IgE normal olur, amma histamin yüksək çıxır.
Yəni birində problem immun reaksiyadır, digərində isə metabolik balans pozulması.
Psevdoallergiyada yanaşma necə olur?

Müalicədə əsas məqsəd histamin yükünü azaltmaq və orqanizmin onu parçalama qabiliyyətini bərpa etməkdir.
Bunun üçün qida rasionuna diqqət edilir, şübhəli və histaminli qidalar azaldılır və vəziyyətə uyğun şəkildə yenidən qiymətləndirilir.

Eyni zamanda bağırsaq sağlamlığı, qaraciyər və ümumi metabolizm dəstəklənir, vitamin və mineral balansı bərpa olunur.
- Toplanmış histamini azaltmaq üçün drenaj-detoksikasiya məqsədilə:


Guna Matrix (İtaliya) və Lymphomyosot (Almaniya) preparatları – hərəsindən 20 damcı gündə 2 dəfə yeməkdən 30 dəq əvvəl (2 ay).
Beləliklə, drenaj-detoksikasiya vasitəsilə limfa drenajı yaxşılaşır, hüceyrəətrafı sahə təmizlənir və digər tədbirlərin uğurla həyata keçirilməsi üçün zəmin yaranır.
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89


Aygün
Medicina.az