“Hormonal qarın” necə əmələ gəlir? – Azərbaycan kişilərinin problemi

  • 2023.09.14 17:27
  • 1452 Baxış
“Hormonal qarın” necə əmələ gəlir?  – Azərbaycan kişilərinin problemi

Hormonal qarın qidalanma, yuxu, fiziki aktivlik pozuntusu olmadan belin itməsi, qarının irəli çıxması, daxili piylənmənin yaranması, şalvarların qarşısının getdikcə bağlanmamasıdır.

Hormonal qarın hormonal disbalans səbəbindən qarın, bel nahiyəsində həddən artıq piy toplanmasıdır.


“Medicina” hormonal qarının yaranma səbəblərini açıqlayır.

1. Qalxanvari vəz hormonlarının çatışmaması və ya həddən artıq çox olması - əgəre hormonlar azdırsa, bu hipoterioz yaradır. Bu zaman maddələr mübadiləsi zəifləyir, bədən piy yığır, adətən bu qadınlarda çox baş verir. Çünki qidadan alınan enerjinin yandırılmasına hormonlar cavabdehdir. Hipoteriozda güc, enerji azlığı, əzələ ağrısı, saç və dərinin quruması, ürəkdə və menstruasiyada pozulma, depressiya baş verir.

2. Menopauza dövründə əsas qadın hormonu estrogen azalır, bu da qadınlarda ehtiyat piyin toplanmasına səbəb olur.


3. Xroniki stress – bu zaman kortizol hormonu qanda çox olur, bu zaman böyrəküstü vəzilərə siqnal gedir ki, bu insana ehtiyat enerji ehtiyatı lazımdır, vəziyyət pisdir, enerji isə piy toxumasında olur.

Ona görə xroniki stress və depressiyada olan insanlarda bel, bud, qarından kökəlmə baş verir.
Bu da daha çox gənclərdə və qadınlarda çox olur.

Aygün Musayeva