Hörümçəyin torundan cavanlaşdırıcı krem

  • 2023.03.06 13:49
  • 944 Baxış
Hörümçəyin torundan cavanlaşdırıcı krem

Sankt-Peterburq alimləri hörümçək toru əsasında cavanlaşdırıcı krem hazırlayıblar.


“Medicina” xəbər verir ki, tədqiqatçılar hörümçək torundan bərpaedici krem hazırlayıblar. Yeni vasitə qırışları hamarlamaq və dəri qüsurları ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.

Bu krem hörümçək torunun özündən yox ,tordan alınan xüsusi zülaldan hazırlanıb. Bu zülal yeni sağlam hüceyrələrin yaranmasında rol oynayır və qırışların açılmasında, hamarlanmasında,dəridə quruluq və digər problemlərlə mübarizədə sağlam hüceyrə toxumaları yaradır və dərini təravətləndirir.


Peterburqda alimlər laboratoriyada sınaqlar keçirib və uğurla nəticələnib. Alimlərin növbəti addımı kremə patent almaqdır.


Günay Quliyeva