Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hovuza girən 21 nəfər xlordan zəhərləndi

  • 2024.07.29 10:36
  • 1351 Baxış
Hovuza girən 21 nəfər xlordan zəhərləndi
Polşanın paytaxtı Varşavada 21 nəfər xlordan zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib

Medicina.az xəbər verir ki, hadisə cümə günü baş verib.

Həmin şəxslərin girdiyi hovuzda xlorun normadan 10 dəfə çox olduğu müəyyən edilib.

Polşa polisi hələ də dörd uşağın xəstəxanada müşahidə altında olduğunu açıqlayıb.

Hadisədən sonra hovuzun təmizliyindən məsul olan 3 nəfər polis tərəfindən saxlanılıb. Hovuzda xlorun səviyyəsinin niyə bu qədər yüksək olduğu hələ də müəyyən edilməyib.

Polşa Prokurorluğu faktla bağlı araşdırma aparır.


Aysel