Hürrəmin gözəllik sirləri

  • 2024.05.01 11:56
  • 499 Baxış
Hürrəmin gözəllik sirləri
Osmanlı İmperatorluğunda qadınların gözəllik üçün istifadə etdikləri çoxlu resept var.

Medicina.az xəbər verir ki, Osmanlı dövründə qadınların tətbiq etdiyi gözəllik sirləri bu gün də maraq mövzusudur.

Osmanlıda müalicələrdə tez-tez istifadə edilən bitkilərə dəri baxımında da üstünlük verilirdi.

Hürrəm sultan da daxil olmaqla, o dövrün qadınlarının tətbiq etdiyi bəzi gözəllik prosedurlarını təqdim edirik:


Kisələnmək

Tez-tez türk hamamına gedən Osmanlı qadınları üçün kisələnmək dərini ölü hüceyrələrdən yaxşıca təmizləmək üçün ən ideal üsul idi.


Fərdi ehtiyaca uyğun sabun

Osmanlı dövründə sabunlar təbii məhsullardan hər qadının öz istəyinə uyğun hazırlanırdı. Ancaq sabun saçları codlaşdırıb dərini qurutduğu üçün qadınlar xüsusi su ilə təmizlənirdilər. Gülxətmi və hibiskusun qaynadılması ilə əldə edilən su yumşaldıcı kimi istifadə edilirdi.


Gül suyu

Sarayda ən çox istifadə edilən məhsul qızılgül suyu idi. Dərini gül suyu ilə təmizləyən Osmanlı qadınları bunun dərilərini nəmləndirdiyini və qırışların azalmasına kömək etdiyini düşünürdülər.

Qızılgül suyundan yaraları və dəri xəstəliklərini sağaltmaq üçün də istifadə olunurdu.

Bundan başqa, qızılgül yağı Osmanlı təbabətində ruhi xəstəliklərin müalicəsində də istifadə edilib.

Hətta İbni Sinanın da qulluq üsullarında tez-tez qızılgüllərdən və qızılgüldən hazırlanan məmulatlardan istifadə etdiyi deyilir.


Tonik əvəzinə melisa

Tonik hazırlamaq üçün bir stəkan qaynar suya bir xörək qaşığı qurudulmuş melisa əlavə edilir. 5 dəqiqə vam odda saxlanılır. Daha sonra ocağın üstündən götürüb dəmlənməsi üçün 20 dəqiqə gözləmək lazımdır. Ən sonda süzüb tonik kimi istifadə etmək olar.

Bu formula bütün dəri tipləri üçün uyğundur və effektivdir. Tonik dərini təmizləməklə yanaşı, üzdəki qırışları yox edir və qocalmanın qarşısını alır.


Aysel