İbtidai sinif müəllimləri xroniki tükənmədən əziyyət çəkir

  • 2024.03.28 20:13
  • 466 Baxış
İbtidai sinif müəllimləri xroniki tükənmədən  əziyyət çəkir

Almaniya orta məktəb müəllimlrinin əksəriyyətinin psixi pozuntulardan əziyyət çəkdiyini sübut edən aradırma aparılıb.


“Medicina” xəbər verir ki, Münhen Texniki Universitetinin alimləri DAK tibbi sığorta şirkəti ilə birgə 1900 alman müəlimmi üzərində tədqiqat və sorğu aparıb.


Nəticələr ibtidai sinif müəllimlərinin sağlamlıq vəziyyətinin bərbad olduğunu göstərib.

Pedaqoqların əsas şikayətləri – xroniki yorğunluq, sinir tükənməsidir. 40% müəllimlər fiziki və ruhi yorğunluqdan tükənir.

30% müəllim göz, boyun və kürək ağrısından şikayətlənir.

Eləcə də müəllimlərə yuxu pozulması, nevroz, baş ağrısı, miqren diaqnozu çox qoyulur.

Bu problemlərin səbəbi yüksək səs, küy, istirahət üçün vaxtın azlığı, dərsdə konfliktli problemlər, imtahanlar, gərginlikdir.

Baxmayaraq ki, Almaniyada müəllimlik ən yaxşı gəliri və maaşı olan peşədir, bu səbəblərə görə populyarlığını itirir. Son illər qaçqın və imiqrantların da axını pedaqoqların işini çətinlşdirib. Bu şagird və valideynlərlə iş daha çətindir.


Aygün Musayeva