Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İcbari sığorta ilə bu klinikada ürək qapağı dəyişildi - İlk dəfə

  • 2024.10.04 16:11
  • 2660 Baxış
İcbari sığorta ilə bu klinikada    ürək qapağı dəyişildi - İlk dəfə


Xəstəxanaya təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən 59 yaşlı pasiyentə (qadın cinsli) ciddi mitral qapaq çatışmazlığı diaqnozu qoyulub və cərrahi əməliyyata qərar verilib.

"Medicina" xəbər verir ki,Yeni Klinikanın ürək-damar cərrahları - uzman həkim Əlizamin Yusifli və Mətin Hadizadə tərəfindən həyata keçirilən əməliyyat zamanı sinə sümüyü kəsilmədən, qabırğaarası sahədən daxil olaraq minimal invaziv üsulla mitral qapağın protezləşdirilməsi proseduru icra edilib.

Uğurlu əməliyyat sonrası reanimasiya və stasionar şöbələrdə müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb.

Minimal invaziv cərrahiyyənin ənənəvi cərrahiyyədən bir çox üstünlükləri var. Əməliyyat kiçik kəsiklə icra olunduğundan estetik baxımdan daha üstün hesab olunur ki, bu da gələcəkdə kiçik çapıqla müşayiət olunur. Bu üsulun üstünlükləri daha az ağrı və travma, reanimasiya müddətinin az olması, cərrahiyyədən sonra yatış müddətinin azalması, infeksiya, qanaxma riskinin aşağı olması və daha az qan transfuziyası, qısa müddətdə sağalma, həmçinin xəstənin iş aktivliyinin tez bərpa olunmasıdır.