İçdiyimiz suda mikroplastik – Necə xilas olaq?

  • 2024.03.07 18:28
  • 855 Baxış
İçdiyimiz suda mikroplastik  – Necə xilas olaq?

Çin alimləri içməli və kran suyunda olan mikroplastiki zərərsizləşdirməyin yolunu açıqlayıblar.



“Medicina” xəbər verir ki, onların fikrincə, suyu qaynatmaq onda olan plastik zərrəciklərini bir-birinə bağlayıb, onları çöküntü, ərpə çevirə bilər ki, nəticədə bu ərpi təmizləmək mümkündür.


Elmi tədqiqat zamanı alimlər müxtəlif codluqda su mənbələrindən nümunələr götürüblər.

Sularda müxtəlif konsentrasiyada duz, kalsium və maqniy olub. Alimlər sulara 4 növdə 01,-150 mikrometr ölçüdə plastik zərrəcikləri – polistirol, polietilen, polipripilen əlavə ediblər.


Mikroplastik ətraf mühitə kosmetika, geyim, sənaye prosesləri və iri plastikin torpağa atılıb parçalanması zamanı keçir.


Su və qida ilə orqanizmə keçərək daxili orqanların toxumalarını zədələyir, orqanizmdə təhlükəli kimyəvi maddələr hasil edir, qanı zəhərləyir.

Alimlər mikroplastik tərkibli su nümunələrini 1-2 dəqiqə qaynadıblar, sonra soyudub hissəciklərin miqdarını ölçüblər.


Məlum olub ki, qaynatma cod sudan 90% mikroplastiki ləğv edə bilir.
Qaynayarkən suda yaranan karbonat kalsium mikroplastiki özünə bağlayır və çaydanın dibinə çökdürür.

Aygün Musayeva