İçki və siqaret mədəaltı vəzinin ölümünə fərmandır – Məşhur həkim

  • 01 Okt 2021 18:20
  • 402 Baxış
İçki və siqaret mədəaltı vəzinin ölümünə fərmandır  – Məşhur həkim

“Mədəaltı vəzin hüceyrələri, bir hissəsi ölü hüceyrəyə çevriləndə, digər orqanlar da imtina edir.
Mədəaltı vəzi xəstə olan pasiyentlər multisistem orqan çatışmazlığından ölürlər”.


Medicina.az xəbər verir ki, rusiyalı həkim aparıcı Aleksandr Myasnikov siqaret və alkoqollu içkinin mədəaltı vəzini məhv edib, iltihabi pankreatit yaratdığını açıqlayıb.

“ Həftədə 5 dəfə hər dəfə 200 qram spirtli içki içənlərdə xroniki pankreatit əmələ gələ bilər. Müntəzəm olaraq həm içib, həm siqaret çəkənlərdə xroniki pankreatit olur, bu dəhşətlidir. Özü də siqaretdə

miqdar fərqi yoxdur. Ona görə içki qəbul edib, üzərindən siqaret də çəkmək mədəaltı vəzinin ölümünə fərmandır”