İçkidən zəhərlənən şəxs vəfat etdi

  • 2020.11.16 10:01
  • 1233 Baxış
İçkidən zəhərlənən şəxs vəfat etdi

Xaçmaz rayon sakini içkidən zəhərlənib.

Məlumata görə, rayonun Nərəcan kənd sakini ,1996-cı il təvəllüdlü Mehrab Baratov zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərinə səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, M.Baratov spirtli içkidən zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.