İçməli koronavirus peyvəndi hazırlandı - Südə bənzəyir

  • 16 Apr 2021 15:42
  • 644 Baxış
İçməli koronavirus peyvəndi hazırlandı   - Südə bənzəyir

Rusiyanın Eksperimental Tibb İnstitutunun (İEM, Sankt-Peterburq) alimləri dünyanın ilk yeməli koronavirus peyvəndinin yaradılması üzərində işləyirlər.

Medicina.az xəbər verir ki, ryajenka (mayalanmış bişmiş süd) dadı verəcək mukozal vaksinin klinika öncəsi sınaqlarının bir il içində tamamlanması planlaşdırılır.

İdeya müəllifi Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Suvorov yeyilə bilən vaksinin əsas üstünlüyünün ucuz olması, sadə və sürətli başa gəlməsi, həmçinin dadlı olmasında göstərib.


“Laboratoriya siçanları, siçovullar və dovşanlar bu fermenti məmnuniyyətlə istehlak edirlər. Eyni zamanda, əla bir immun reaksiya meydana gəlir və hələ heç bir yan təsir müşahidə edilməyib”, - deyə Suvorov vurğulayıb.