Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İçməli sudan kütləvi zəhərlənmə

  • 2025.07.08 16:06
  • 76 Baxış
İçməli sudan kütləvi zəhərlənmə


Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda sudan kütləvi zəhərlənmə baş verib.


"Medicina" xəbər verir ki, Məhərrəmkənd rayonunun rəhbəri vəzifəsini müvəqqəti icra edən Feyruddin Rəhimxanovun sözlərinə görə, əksəriyyəti uşaq olmaqla içməli sudan zəhərlənən 110 nəfər xəstəxanaya yerləşdirilib.

Dağıstanın beş yaşayış məntəqəsinin - Məhərrəmkənd, Kuysun, Gilar, Qaptsax və Yuxarı Tahirkənd sakinlərində bağırsaq infeksiyası halları aşkar edilib. Faktla bağlı epidemioloji araşdırmalara başlanılıb.