İdman qidası çox komponentli bir məhsuldur və onun sağlamlığa təsirini qiymətləndirmək olduqca çətindir. Hər bir əlavə fərdi olaraq nəzərdən keçirilməlidir.
Son tədqiqatlar göstərdi ki, siçanlarda həddindən artıq kreatin mədəaltı vəzi, qaraciyər, döş və kolonda şişlərin inkişafına səbəb olur. Lakin 26.000-ə yaxın insanı əhatə edən bir araşdırmada kreatinin istifadəsi ilə xərçəng riski arasında mənfi əlaqə tapıldı.
“Medicina” xəbər verir ki, Radiasiya terapevti Denis Romanovun sözlərinə görə, alanin daha mübahisəli qiymətləndirmələr alıb, bu əlavə ağciyər, prostat və mədəaltı vəzi xərçənginin inkişaf riskini artıra bilər, lakin eyni zamanda kolorektal adenomaların yaranma ehtimalını azaldır.
Lekoz olan xəstələr taurin qəbul etməməlidirlər. "Onkoloji xəstəliklərin müalicəsi üçün onun şiş hüceyrələrinə daxil olmasını maneə törətmək imkanı ilə bağlı araşdırmalar var.
Həmçinin güman edilir ki, şiş hüceyrələrinin böyüməsinə maneə törətməklə və apoptozu induksiya edərək xərçəngin inkişafının qarşısını ala bilər. Bununla belə, taurinin xərçəngin inkişafına təsirini birmənalı qiymətləndirmək üçün kifayət qədər məlumat yoxdu”r.
Eləcə də, sinefrinin anti-xərçəng xüsusiyyətlərinə dair fərziyyələr ürək-damar sisteminə mümkün mənfi təsirlər haqqında xəbərdarlıqlarla müşayiət olunur, xüsusən də qəhvə ilə birləşdirildikdə. Lizin, sitrulin və karnitin də elmi müzakirələrin mövzusudur: bəzi tədqiqatlar onların kanserogenezdə iştirakını, digərləri isə antitümör qorunmasını göstərir.
Çində 2022-ci ildə aparılan bir araşdırmaya görə, arginin mədə-bağırsaq traktında bədxassəli şişlərin inkişafına təkan verə bilər, lakin tədqiqat yalnız hipertansiyonlu xəstələri əhatə edib, ona görə də bu əlavə ilə bağlı qəti qərar vermək hələ tezdir.
Qlutamin daha az mübahisəlidir: onun faydaları kimyaterapiya və cərrahiyyə zamanı qeyd edilmişdir, lakin antitümör təsiri üçün onun qəbulunu məhdudlaşdırmaq lazım ola bilər, çünki qlutamin xərçəng hüceyrələrinin fəaliyyətini stimullaşdıra bilər.
"Bu maddələrlə bağlı tədqiqatların əksəriyyətinin ya laboratoriya şəraitində heyvanlar üzərində, ya da birbaşa klinik təsdiqi olmadan sağlam könüllülər üzərində aparıldığını başa düşmək vacibdir”.
Aygün Musayeva