III tip diabet də var - ƏIamətləri

  • 2022.09.09 14:16
  • 1595 Baxış
  III tip diabet də var  - ƏIamətləri


Diabetin 3 forması var. Amma daha çox I və II tipdən danışılır, ən çox o diaqnoz olunur.


"Medicina" xəbər verir ki, III tip diabet yarımdiabet, 1,5-likdir. Bu böyüklərdə autoimmun xəstəlikdir.


Bir çox xarakterlərinə görə I və II tipə bənzəyir.Amma daha çox I tip kimi gedir.

Bu xəstələrdə mədəaltı vəz imsulin hasilini dayandırır, bununla yanaşı səhvən immunitet insulin daşıyan hüceyrələrə hücum edir.

Hələ ki, immunitetin bu hüceyrələrə belə hücumunun səbəbi tapılmayıb.

Adətən autommun xəstəliklər ciddi stress, xəstəlik səbəbindən yaranır və ya genetik olur.

III tip də ailəvi autoimmun pozulmalardan qaynaqlanır.

Eləcə də pis ekoloji mühit, piylənmə, zərərli qidalanma, virus infeksiyaları 1,5-lik diabeti yaradır.

Əsas əlamətləri tez-tez sidiyə getmə, susuzluq, görmədə bulanıqlıq, çəki itkisi, bədəndə, əl-ayaqda göbələklərdir.

Xəstəlik tədricən başladığı üçün xəstələri dərmanla bir müddət saxlamaq olur.

Aygün Musayeva