İki nəfəri öldürən qadın cinayəti ChatGPT ilə planlaşdırıb

  • 2026.02.21 12:50
  • 348 Baxış
İki nəfəri öldürən qadın cinayəti  ChatGPT ilə planlaşdırıb

Cənubi Koreyada iki nəfərə dərmanlı içkilər verərək zəhərləmək və öldürmək ittihamı ilə həbs olunan bir qadının qətlləri planlaşdırmaq üçün süni intellekt aləti ChatGPT-dən istifadə etdiyi bildirilir.

Medicina.az xəbər verir ki, Cənubi Koreya polisi bildirib ki, 20 yaşlarında olan şübhəli içkiyə ruhi xəstəliyi üçün təyin olunmuş dərman əlavə edərək iki nəfəri öldürmək ittihamı ilə mühakimə olunur.

Polis istintaq zamanı bu şəxsin qətlləri planlaşdırarkən ChatGPT-yə sözügedən dərmanlar haqqında suallar verdiyini aşkar edib. Suallar arasında "Alkoqol ilə yuxu dərmanı qəbul etsəniz nə baş verir?", "Nə qədər təhlükəlidir?" və "Ölümcül ola bilərmi?" sualları olub.



Hüquq-mühafizə orqanları şübhəlinin ChatGPT-yə narkotiklərlə bağlı dəfələrlə suallar verdiyini və spirtli içki və narkotik maddələrin birlikdə qəbulunun ölümlə nəticələnə biləcəyindən tam xəbərdar olduğunu bildirib.
Həmçinin bildirilir ki, şübhəli reseptli psixiatrik dərmanları içkiyə qarışdırıb qurbanlara verdiyini etiraf edib.

Aygün
Medicina.az