İstanbulda bir kişi iki porsiya döner kabab, iki içki, bir düyü yeməyi və bir salat üçün 3440 Türk Lirəsi (125 manat) ödədikdən sonra qəzəblənib.
Medicina.az xəbər verir ki, həddindən artıq baha olmasına baxmayaraq, porsiyaların çox az olduğunu görən kişi hadisəni mobil telefonunun kamerası ilə çəkib sosial mediada paylaşıb.
Qiymətdən şoka düşən kişi qəzəbini "Heç kimin vicdanı qalmayıb. Restoranlar dəli olub" sözləri ilə ifadə edib. Tez bir zamanda geniş diqqət çəkən video, sosial media istifadəçiləri arasında çöldə yemək yeməyin nə dərəcədə adi hala gəldiyi və nəzarətsiz qiymət artımları ilə bağlı yeni bir müzakirəyə səbəb oldu.
Aygün
Medicina.az