İkinci buxağın əmələ gəlməsi daxili xəstəlikdəndir – Cərrah

  • 2023.11.28 19:29
  • 1857 Baxış
İkinci buxağın əmələ gəlməsi daxili xəstəlikdəndir  – Cərrah

Qadınları çox narahat edən buxaq təkcə kompleks yaratmır, o həm də ciddi siqnaldır.


“Medicina” xəbər verir ki, plastik cərrah Vasilisa Petruşina buxağın təkcə yaşlanma ilə bağlı olmadığını açıqlayıb.


“50% hallarda bu qeyri-sağlam qidalanma, oturaq həyat tərzindən piylərin üzdə qeyri-bərabər toplanmasıdır.

Amma ikinci buxaq təkcə yaşlı, kök adamlarda olmur.

Gənc yaşdan anatomik quruluş, onurğa və qamətin pozulması və skoliozdan da yarana bilir.
Əgər buxaq yaranırsa, pasiyent həm də endokrinoloji yoxlanmalıdır.

Şəkərli diabet, zob, maddələr mübadiləsi pozulması zamanı da ikinci buxaq yaranır, üz piylənir.

Buxaqla mübarizə üçün mütəxəssis dəstəyi ilə idman, masaj, düzgün qida və estetik müdaxilə lazımdır”.

Aygün M