İldə 19 yaşa qədər 400 min insan xərçəng olur

  • 2024.01.17 14:49
  • 803 Baxış
İldə 19 yaşa qədər 400 min insan xərçəng olur


1990-cı ildən 2019-cu ilə qədər 50 yaşa qədər insanlarda xərçəng xəstəliyinin aşkar edilməsi hallarının sayı 79% artıb.

"Medicina" xəbər verir ki,alimlər xərçəngin belə müstəviyə çıxmasından narahatdır.

50 yaşdan aşağı insanlarda yeni xərçəngə yoluxma hallarında 79% artım var. Bu, əsasən Şimali Amerika, Qərbi Avropa və Avstraliyada qeydə alınır.


Xərçəng xəstəliyinin ən məşhur səbəbləri siqaret çəkmək, ultrabənövşəyi şüalanma və genetik meyillilikdir.

2019-cu ildə xərçəngdən ölüm nisbətinin 1990-cı illə müqayisədə 28% çox olub.

2020-ci ildə xərçəng 10 milyon insanın həyatına son qoyub. Ən çox rast gəlinən xərçəng növləri süd vəzi, ağciyər, yoğun və düz bağırsağın xərçəngi olub.