Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlin ən depressiv ayı açıqlandı – Bu ayda ruh çökür

  • 2023.09.27 16:46
  • 2147 Baxış
 İlin ən depressiv ayı açıqlandı   –  Bu ayda ruh çökür
Qırmızı Xaç cəmiyyətinin psixoloqları ilin depressiv təsirli ayını açıqlayıb. Bir çoxları elə hesab edirdi ki, bu noyabrdır. Amma bu belə deyil.


“Medicina” xəbər verir ki, Rusiya Qırmızı Xaç cəmiyyətinin mütəxəssisləri 2023-cü ildə psixoloqlara depressiya səbəbindən ən çox müraciət edilən dövrün may ayı olduğunu bildirib.

“May ilin ən depressiv ayı idi. İnsanlar getdikcə daha çox təşviş, qorxu, fobiya və depressiyadan əziyyət çəkirlər. May ayında psixoloji durumu çökmüş 21% insan konsultasiya olunub.

Eləcə də iyul psixoloji gərgin ay olub. Bu ayda aqressiya və qəzəb hissi artıb.

Psixoloji durumu stabil olmayan insanlar üzrə lider təbii ki, paytaxt Moskva, Krasnodar, Sankt-Peterburq, iri şəhərlər olub.

Aygün Musayeva