İlin sonuna qədər bu qədər əhalini peyvənd etməlisiz - ÜST-dən

  • 2021.06.04 16:04
  • 2255 Baxış
İlin sonuna qədər bu qədər əhalini peyvənd etməlisiz -  ÜST-dən
ÜST ölkələri ilin sonunadək əhalisinin 30%-ni vaksinləməyə çağırıb

Dövlətlər ilin sonunadək əhalinin azı 30%-ni peyvənd etməlidirlər.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “İnfeksiyalarla mübarizə: gələcəyin riskləri” mövzusunda təşkil edilmiş ekspert sessiyasında məlumat verib.

“Peyvəndləmənin olmaması bütün ölkələr üçün təhlükədir. Bütün ölkələri vaksinləmə üzrə qlobal səyləri dəstəkləməyə və sentyabr ayınadək hər ölkəni əhalisinin 10%-ni, ilin sonunadək isə 30%-ni peyvəndləməyə çağırıram. İlk növbədə, həkimlər və risk qrupu nümayəndələrinə vaksin vurulmalıdır”, - o bildirib.