İlk dozadan 6 ay keçənlərin üçüncü dozanı vurdurması vacibdir - Həkim infeksionist

  • 2021.10.07 14:57
  • 1147 Baxış
İlk dozadan 6 ay keçənlərin üçüncü dozanı vurdurması vacibdir -  Həkim infeksionist
Çox təəssüf ki, Azərbaycanda da koronavirusa yoluxmada artım qeydə alındı.

Koronavirusa qalib gəlməyin əsas üsullarından biri vaksinasiya prosesidir. Odur ki, Azərbaycan da vaksinasiya prosesinə qoşulan ilk ölkələr sırasındadır.

Mütəxəssislər bildirir ki, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza (üçüncü doza) ilə immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur.

İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozanın qəbulundan sonra yan fəsadlar nadir hallarda müşahidə olunub və onlar birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir.

Medicina.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov oxu.az-a açıqlamasında bildirib ki, artıq bütün dünyada üçüncü doza vaksinin vurulması vacib hesab olunur:

“Bu yöndə aparılan tədqiqatlar da onu deməyə əsas verir ki, qüvvətləndirici, yəni buster dozanın vurulması məqsədəuyğundur. Koronavirusun ştammlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur. Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər”.

Bir sıra ölkələrdə üçüncü dozanın effektivliyi, təhlükəsizliyi ilə əlaqədar çalışmalar artıq tamamlanmaq üzrədir. Koronavirus əleyhinə vaksinin ikinci dozasından 5-6 ay vaxt keçdikdən sonra antiсismlər qoruyucu səviyyəsinin effektivliyinin aşağı düşməsi ilə əlaqədardır.

Belə olan halda gücləndirici, yəni üçüncü dozanın vurulması məsləhət görülür. Əgər birinci və ikinci doza vaksindən 150 günə yaxın vaxt keçibsə, üçüncü dozanın tətbiqi mümkündür”.

O qeyd edib ki, statistik rəqəmlərə görə, iki dozadan sonra üçüncü doza tətbiq olunan şəxslərdə qoruyuculuq artır.

"İlk iki dozasından asılı olmayaraq vətəndaş 6 aydan sonra üçüncü və müəyyən aralıqdan sonra dördüncü dozanı vurdura bilər.

Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski var. Ona görə də buster dozanın alınması sürətləndirilməlidir. Dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb. Koronavirusun ştammlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur”.