İlk koronavirus epidemiyası 20 min il əvvəl baş verib - Virusun tarixi barədə yeni faktlar

  • 2021.10.23 17:36
  • 2597 Baxış
İlk koronavirus epidemiyası 20 min il əvvəl baş verib -  Virusun tarixi barədə yeni faktlar
Avstraliya və ABŞ alimləri koronavirusun Yer üzündə inkişaf tarixinə aid yeni elmi araşdırma aparıblar.


Medicina.az xəbər verir ki, genetiklər arxeoloji izlər tapıblar. Bu dəfə qazıntılar torpaqda yox, insan genomlarında aparılıb.

İnsan genomasının bir hissəsi milyon il təkamül dövründə yığılıb toplanmış anbardır. Bu anbarda insanın müxtəlif viruslarla üzləşməsinin izləri də var. Çünki hər virusa yoluxduqca immun sistem və toxuma yaddaşında onun izləri, təsiri qalır.

Virus zülallarını kodlayan VİP genlər alimlər tərəfindən araşdırılıb. Genetik alimlər insan genomasında koronavirus viral protein geninin yaranma vaxtını analiz edib. Məlum olub ki, koronavirusun ilk izləri 20 min il əvvələ gedib çıxır. Güman edilir ki, ilk koronavirus epidemiyası da o vaxt baş verib. Lakin dəqiq təyin etmək olmur bu uzun müddətli epidemiya idi, yoxsa sadəcə kiçik ərazidə yoluxma.

Ən təzə izlər isə 1000 il əvvələ aiddir. Deməli insan genoması min illərdir zaman-zaman koronavirusla üzləşir, yoluxur. Bu genomlar planetin bütün qitələrində yox, daha çox Şərqi Asiya regionunda aşkarlanıb.

Elə ona görə də indiki epidemiyada bu ölkələrin insanları koronavirusdan daha yaxşı müdafiə olunur, ölüm sayı azdır. Avropa və slavyanlar, şimal hissə insanları isə koronavirusa hazır deyildilər, genomlarında yaddaş heç yox idi. Bu da əcdadlarımızın qərb tərəflərə aktiv yerdəyişməsi ilə bağlıdır.

Genetiklər bildirir ki, insan genomasını analiz etməklə ordakı VİP-ləri üzə çıxarmaqla, bu gündən gələcəkdə hansı virus həmlələrinə və epidemiyalara məruz qalacağımızı proqnozlaşdırmaq olar.