İllərlə kibrit yeyən qadında bu xəstəlik aşkarlandı

  • 2022.12.28 16:40
  • 2972 Baxış
İllərlə kibrit yeyən qadında bu xəstəlik aşkarlandı


29 yaşlı qadın illərlə kibrit çöpü yeməyə adət etmişdi. Hər gün 5-6 ədəd kibrit yeyən qadın qarnında ağrı və kəskin qəbizlik şikayətləri ilə təcili xəstəxanaya çatdırılıb.

Bakupost.az xəbər verir ki, qadın gecələr, əri və uşaq yatanda kibrit çöplərini əvvəlcə ağzında fırladıb, tam yumşaldıb, daha sonra hissə-hissə dişləyib udurdu.

Onun sözlərinə görə, kibritin dadını hiss edəndə özünü xoşbəxt hiss edirdi.

Ailə həkimi Tatyana Zaxarova bildirib ki, adətən Pika xəstəliyi orqanizmdə vacib elementlərdən birinin çatışmaması zamanı yaranır. Bu qadında isə kəskin dəmir defisiti var idi.

“Orqanizm var gücü ilə hüceyrələrə oksigen çatdırmağa çalışır, bu zaman o təngnəfəslik, yorğunluq hiss edir.

Pikasizm dəmir defisitli anemiya ilə sıx bağlıdır, bunun əsasında hansı mexanizm dayanır, hələ tibbə məlum deyil. Görünür, orqanizm hansısa yolla özünü təmin etməyə çalışır”.