İllərlə müalicə olunmayan cinsi infeksiyalara son – Bu prosedurla xilas olacaqsız

  • 2020.09.25 14:52
  • 3049 Baxış
İllərlə müalicə olunmayan cinsi infeksiyalara son   – Bu  prosedurla xilas olacaqsız

Bir çoxlarımız elə bilirik ki, sidik və cinsiyyət orqanlarında infeksiya varsa, xəstəlik keçiririksə, mütləq göynəmə, yanma, qaşınma, səpki, çirk, axıntı olmalıdır. Biz əlamətləri gözləyə -gözləyə müalicə vaxtını itirir və xəstəliyi xronikləşdiririk.

Medicina.az androloq terapevt Samir Rüstəmovun cinsi infeksiyaların müalicəsində tətbiq etdiyi effektiv metod barədə maraqlı açıqlamasını təqdim edir:


“İnfeksiyalar 2 cür olur: hüceyrədən kənar və hüceyrə daxili. Hüceyrədən kənar infeksiya hamımızın bildiyi 3-7 gün ərzində əlamətləri: çirk, ağrı, qaşınma, yanma verən, xəstənin hiss etdiyi növdür. Əslində elə ən yüngülü və müalicəsi asan olan da budur.

Hüceyrədaxili autoimmune infeksiyalar isə ən çətinidir, istər qadın, istərsə də kişilərdə heç bir əlamət vermir. Müəyyən dövr, 6 ay, 1 il, hətta 3 ildən sonra kişilərdə cinsi zəiflik fonunda özünü büruzə verir. Xəstə infeksiyadan şübhələnmir, elə bilir ki, başqa problemləri var. Ya əhvalı yoxdur, ya əsəbdir, ya başqa səbəblər. Getdikcə cinsi əlaqələrin sayı azalır, istəksizlik yaranır. Kİşilər özünə sığışdırmır bunu etiraf etməyi və öz-özünü aldadır. Həkimə də ən sonda müraciət edir. Araşdırırıq ki, səbəb 3 il əvvəl gizli gedən cinsi infeksiya imiş. Və ya kişilərdə sonsuzluğa səbəb olur. Autoimmun infeksiyanın olduğunu dedikdə qəbul etmirlər. Hüceyrə daxilində olan infeksiyalarə antibiotic də nüfuz edə bilmir. Müalicələr effektsiz olur.

Xəstələr bu halda nə hiss edir:

Astenik sindrom yaranır: halsızlıq, yorğunluq, əzginlik, sümük ağrıları, qəribə hisslər, nevroz, iştahsızlıq, gücünün azalması və s. Sümüklər ağrıyır, revmatizmdən şübhələnirlər. Bəzən özünü xəstə yaxşı, normal hiss edir, sadəcə cinsi zəifliyi olur. Heç bir əlamət verməsə də, 45 yaşdan sonra kişilərdə prostatit, adenoma, şişlər verə bilər. Bunlar hamısı iltihabın fəsadıdır.

Antibiotiklər təsir etmədikdə- İNTROMAT metodu

Autoimmun gedən cinsi infeksiyaları yerli müalicə etmək lazımdır. Hüceyrənin daxilində olan infeksiyaya kənardan iynə və dərmanla antibiotiklər, fermentlər çox az çatır və az təsir edir. Ona görə onu tam məhv edə bilmir, sadəcə müvəqqəti olaraq simptomları itirir.

Bir müddət sonra yenidən kəskinləşir. Xəstə illərlə dərman müalicəsi alır.


Buna görə xroniki, hüceyrədaxili, müalicə tabe olmayan infeksiyalarda biz İntramat metodundan istifadə edirik. Xüsusi kateterlə birbaşa sidik kanalına keçib, antibiotiki yerli olaraq prostata yeridirik. Əvvəlcədən analiz götürüb, antibiotic həssaslığını yoxlayırıq. Eyni zamanda elektrofarez veririk. Bu dərmanların ion şəklində hüceyrənin daxilinə yeridilməsidir.


Bu metodun üstünlükləri:

- Dərman və vaxt itkisinə yol verilmir
- Daha ucuzdur
- Qaraciyər, mədə və qana dərmanların toksiki təsiri olmur
- Xəstəyə çox dərman yüklənmir
Prosedur ağrısızdır, komfortludur. Xəstə heç hiss etmir.

Bu metodu qadınlarda da tətbiq etmək olur. Onu təbii ki, ginekoloqlar edir.

O ki qaldı effektə aylarla, illərlə müalicələrdən sağalmayan xəstələrdə 10 günə tam effekt almışıq.

Prosedur üçün yaş məhdudiyyəti yoxdur. Cinsi infeksiyanın yaşı olmur. Xəstəmiz olub ki, yeniyetmə olub. Sadəcə infeksiyaları vaxtında müalicə etmək lazımdır”.




Həkimlə əlaqə
Medi Plus klinikası

Ünvan: Yasamal rayonu, Mirəli Seyidov 10, “Musabəyov” Parkının, ASAN Xidmətin yaxınlığı
Tel: (012) 434 59 36; (055) 252 45 94