İmmuniteti gücləndirir, cinsi gücü artırır- Noxud suyunun bilinməyən faydaları

  • 2019.11.25 10:23
  • 33462 Baxış
İmmuniteti gücləndirir, cinsi gücü artırır-  Noxud suyunun bilinməyən faydaları
Noxud çoxlu zülal, kalsium, sink, maqnezium, dəmir mineralları ilə zəngindir. Onun bədənə su yığılmasının qarşısını aldığı, zehni yorğunluğu aradan qaldırdığı, ana südünü artırmağa kömək etdiyi, batmış səsi çaçmağa və öskürəyə faydalı olduğu deyilir. Noxud ürək damar sağlamlığını qoruyur, xolesterolu aşağı salır, qan şəkərinini normalaşdırır, cinsi istəyi və gücü artırdığı bildirilir.

Medicina.az xəbər verir ki, noxudun suyu da ən azı özü qədər  faydalıdır. Adətən noxudu bir gecə suda saxlayırıq, sonra qaynadırıq. Daha sonra noxudu istifadə etsək də suyunu fərqli səbəblərdən dolayı yeməklərə əlavə etmirik. Ancaq noxud suyunu bundan sonra atmamağınızı tövsiyə edirik. Çünki bu su sağlamlığınız üçün olduqca faydalıdır.

Noxud suyunun digər faydaları

- Kişilərdə cinsi gücü artırır, sperma sayının artmasına kömək edir.

- Yaranı tez bir zamanda sağaldır və hüceyrə yeniləyir.

- İmmunitet sistemini gücləndirir, xəstəliklərdən qoruyur.

- Revmatizm ağrılarına yaxşı təsir edir. Bel və əzələ ağrılarına qarşı faydalıdır.

- Ağız içindəki yaralara qarşı qarqara kimi istifadə edə bilərsiniz.

- Ac qarına içilən noxud suyu bağırsaqları, eyni zamanda da bağırsaqda olan qurdları təmizləyir.

- Dəri hüceyrələrini yeniləyir və dərini gəncləşdirir.

-Bədənə enerji verir, qüvvətləndirir. 

-Əzələlərin inkişafına və yenilənməsinə kömək edir. 

- Qan azlığında faydalıdır. Qan xərçənginə qarşı qoruyucudur.

-Qaraciyərin işini nizama salır. 

-Təzə yaşıl noxud bağırsaqları işlədərək qəbizliyi aradan qaldırır.

Xüsusilə ürək damar sağlamlığı problemi yaşayanlar və diabet xəstələrinin süfrələrində həmişə noxud olmalıdır. Tərkibində nişasta olduğu üçün noxud sağlam qidalanmaya köməkçi olur. Həmçinin tərkibində doymamış yağ turşuları vardır.