İmmuniteti sürətli bərpa etmə vasitələri

  • 2020.03.18 11:43
  • 10667 Baxış
İmmuniteti sürətli bərpa etmə vasitələri
Yadda saxlamaq lazımdır ki, xəstələnməmək və ya heç olmasa xəstəlikdən tez sağalmaq üçün yaxşı yemək lazımdır.

Səhər yeməyi üçün çiyələk, qarağat və ya başqa giləmeyvələr əlavə edilmiş kaşalar, nahar üçün badam, axşam yeməyi üçün isə dəniz məhsullarına üstünlük verə bilərsiniz.

Qrip sizi yatağa salıbsa nə etməli?

Bol su için və qidanıza tərkibində bifidobakteriyalar olan kefir, qatıq və ya meyvəli içkilər əlavə edin.

İnfeksion tənəffüs yolları xəstəliklərinə qarşı mübarizədə probiyotiklərin faydaları ilə bağlı bir çox araşdırma var. Lakin, əksər mütəxəssislər yoğurt və digər süd məhsullarının yoluxucu tənəffüs yolu xəstəliklərin qarşısını almağa kömək etmədiyi qənaətinə gəliblər. Onlar sadəcə xəstəliyin başlanğıc əlamətlərini əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər .
Xüsusilə, 2014-cü ildə Britaniyanın yerli jurnallarının birində dərc edilən bir araşdırmanın nəticələri buna sübutdur.

Məlum olur ki, qatıq, kefir və laktobasilli digər məhsullar xəstəlik müddətini qısaldır və gedişini asanlaşdırır. Bunu daha sonra Sintetik və Sistemlər Biotexnologiyası institutu da təsdiqləmişdi.