İmmunitetin sevdiyi SİNK - Çatışmamasının əsas əlamətləri

  • 27 İyn 2020 17:05
  • 4671 Baxış
İmmunitetin sevdiyi SİNK  - Çatışmamasının əsas əlamətləri

İştah yoxdur, yuxu pozulub, yaddaş zəifdir, ağızda və dəridə yaralar əmələ gəlir? – Səndə sink çatışmır düşünə bilərik!


Medicina.az orqanizmdə sink defisitini bildirən 12 əlaməti təqdim edir:

1.Yaddaş, huş pozuntusu, diqqət yayqınlığı

2.İştahın olmaması


3.Yuxu pozulması

4.Tez-tez qrip olmaq, virus və göbələklər – herpes, stomatit, kandidoz

5.Ağızda selikli qişada yaralar, xoralar – gec sağalır


6.Göz xəstəlikləri – konyuktivit, keratit, bulanma

7.Dəri quruması, qırışlar, çatlar, səpkilər, qabıqlanma, göyərmələr, sıyrıntılar- istənilən zədə gec sağalır

8.Laylanan dırnaqlar, qırılan saçlar


9.Menstrual tsikl pozğunluğu, sonsuzluq, hamiləliyin pozulması

10.Kişilərdə potensiya problemi, cinsi zəiflik


11. Yorğunluq, basqı, əzginlik, iş qabiliyyətinin azalması, apatiya

12.İmmunitet zəifliyi, diareya, bağırsaq pozulmaları


İnsan sutkalıq olaraq 11 mq sink qəbul etməlidir.


Təbii olaraq, orqanizmi sinklə təmin etmək üçün qida rasionunuzu balanslaşdırmaq yetərli olar.


Sİnk ilə zəngin olan 7 qida:


-Balqabaq və tumları

-Mal əti, qırmızı ət – 120-150 qram

-Noxud – günə bir fincan yemək

-Toyuq əti – 130 qram


-Qatıq, kefir, yoqurt – 1 stəkan

-Kakao tozu – içmək

-Ispanaq – 1-2 dəstə

-Göbələk – 150 qram


Sink defisiti qan analizi ilə təyin olunur.





X