Bu gün Gəncə şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
"Medicina" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, iyunun 25-i, saat 14:20-də yol-nəqliyyat hadisəsi ilə əlaqədar beş nəfər (üç qadın, iki kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, dörd nəfərin vəziyyəti qənaətbəxş hesab olunduğundan ambulator müalicə üçün evə buraxılıblar.
Qapalı kəllə-beyin travması alan 1969-cu il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilir.
Qəzaya düşən şəxslər Şəmkir rayon Sabir kənd orta məktəbinin müəllimləridir. Onlar müəllimlərin Gəncədə keçirilən sertifikasiya imtahanında iştirak etmək üçün Şəmkirdən qayıdırmışlar.