İmtahanqabağı nə etmək lazımdır? - Həkim məsləhəti

  • 2023.05.18 15:59
  • 1897 Baxış
İmtahanqabağı nə etmək  lazımdır?   - Həkim məsləhəti
İmtahan günü məktəblinin və ya tələbənin iki əsas vəzifəsi var: öyrəndiklərini yadda saxlamaq, stress və həyacandan uzaq olmaq.

Uşaqların və valideynlərin beyni gücləndirməyə çalışarkən etdikləri səhvlər onun fəaliyyətinə əslində mənfi təsir göstərir.

“Medicina” xəbər verir ki, həkim – pediatr Yelena İqrinevanın sözlərinə görə, beynin yüklənməsi və imtahanqabağı sakitləşdiricilərin qəbulu tamamilə yalnışdır.


“Sakitləşdirici və ya beyin gücləndirici həblərin öz-özünə qəbulu hətta təhlükəli ola bilər. Onların orqanizmə necə təsir edəcəyi sual altındadır.


Dərmanların tərkibində olan komponentlər stress altında olan bədən sistemlərinə aktiv stimullaşdırıcı təsir göstərir. Bu maddələrin təsiri altında olan gəncdə yuxu pozğunluğu və artan əsəbilik inkişaf edə bilər ki, nəticədə o, əks effekt əldə edəcək, diqqət və yaddaş azalacaq.


Digər təhlükə enerji içkilərindəki kofeinin şok dozalarıdır. Bu içkilər aşırı narahatlıq, aritmiya, yuxuya getməkdə çətinlik yarada bilər.

İmtahanlardan əvvəl enerji içkilərinin görünməyən başqa bir mənfi cəhəti var: onların tərkibində çoxlu şəkər var və bu, iştahı kəsir”.

İmtahanlardan əvvəl bədəni dəstəkləmək barədə həkim bunları tövsiyyə edib:

1. Gündə ən azı 7-8 saat tam yuxu, ən azı 2 saat açıq hava fəaliyyəti: qaçış, gəzinti, velosiped sürmək, idman etmək.

2. Heyvan zülalları, Omeqa-3 ilə zəngin qidalar (yağlı balıqlar: alabalıq, siyənək, skumbriya), təzə meyvə və tərəvəzlər daxil olmaqla, gündə 4-5 yemək kompleksi.

3. Çoxları tərəfindən sevilən şokoladı diyetə daxil etmək tövsiyə olunur: bu, düşüncə proseslərinin sürətinə və məlumatların yadda saxlanmasına müsbət təsir göstərir.

4. Müxtəlif metodların istifadəsi: açıq havada meditasiya, nəfəs məşqləri, sakitləşdirici masaj və qohumlara psixoloji dəstək.

Aynurə Məmmədova