Alimlər ikinci dalğa – payız koronavirus ştammının əvvəlki sələflərindən nə ilə fərqləndiyini və nə səbəbdən aqressiv olduğunu araşdırıb.
Medicina.az xəbər verir ki, yeni koronavirus insan hüceyrəsinə daxil olmaq üçün ikinci yol tapıb, o daha bir reseptor – neyropilin -1dən istifadə edərək qan dövranı, tənəffüs yollarına və sinir sisteminə düşür.
Elmi tədqiqatın nəticələri göstərib ki, ACE -2 reseptorlarından başqa SARS COV 2 infeksion potensialını artırmaq üçün əlavə tikə əldə edib ki, bu üstünlük EBOLA, VİÇ kimi viruslarda da olur.
Eləcə də virusda insan zülalına oxşar aminturşusu olduğu aşkarlanıb. Məhz o neyropilin 1- ilə təsirə girir.
Laboratoriya şəraitində insan hüceyrəsində olan neyropilini söndürməklə, virusun hüceyrəyə keçməsinin qarşısının alındığı izlənilib.