"İndiyədək 100-dən çox xəstəyə sümük iliyi köçürülüb" - Baş həkim

  • 2021.09.13 14:33
  • 2073 Baxış
"İndiyədək 100-dən çox xəstəyə sümük iliyi köçürülüb" -  Baş həkim
İndiyədək Hematologiya və Transfuziologiya Mərkəzində 100-dən çox talassemiyalı, leykemiyalı xəstəyə sümük iliyi köçürülüb.

Medicina.az xəbər verir ki, bunu Bakupost.az -a Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Bölməsinin Baş həkimi Afaq Nəsibova bildirib.

Onun sözlərinə görə, sümük iliyinin köçürülməsi həmin şəxslərdə xəstəliklərinin tamamilə sağalmasına səbəb olub.

A. Nəsibova qeyd edib ki, mərkəzdə 3500-ə yaxın pasiyent qeydiyyatdadır. Mərkəzin Talassemiya bölməsində yalnız talassemiyalı xəstələrin deyil, qeydiyyatda olan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin də müalicəsi aparılır.




Baş həkim talassemiyanın Aralıq dənizi hövzəsi ölkələrində və Orta Asiyada yayılan xəstəliklərdən olduğunu da nəzərə çatdırıb.

A.Nəsibova vurğulayıb ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Yeni Nəsil Sekvenləşdirmə Laboratoriyası irsi qan xəstəliklərinin beynəlxalq miqyaslı protokollara uyğun müalicəsində böyük rol oynayır. Laboratoriyada xəstəliyin müalicəsi üçün çox vacib olan genetik müayinələr aparılır.