İnfarkt öncəsi əlamətlərə diqqət edin

  • 2022.06.20 15:48
  • 2113 Baxış
İnfarkt öncəsi əlamətlərə    diqqət edin

Miokard infarktı zamanı xəstələrin demək olar ki, yarısı xəstəxanaya çatmadan dünyasını dəyişirlər.



Medicina.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, bəzi az bilinən simptomlar var ki, onlar insanda infarktın yaxınlaşmasına işarə edə bilər.


- Yaxınlaşan infarkt nəfəs darlığı, sinə ağrısı və güclü narahatlıq hissi ilə özünü büruzə verir.

- Sinədə hiss edilən və 20 dəqiqədən az davam edən ağrı olur.

- Yandırıcı ağrı sinədən sol qola (bəzən hər iki qola), kürəyə, çiyinə, çənəaltı nahiyəyə, epiqastral (qarının üst hissəsi) nahiyəyə yayılır.
- Tər basma, ürəkdöyünmə, başgicəllənmə, huşun itirilməsi kimi şikayətlər olur.

- Ürəkbulanma, qusma və kəskin halsızlıq şikayəti olur.