İnfarkt və insultun riskini, arterial təzyiqi aşağı azaldır...YAŞIL LOBYANIN MİSİLSİZ FAYDALARI

  • 2019.08.22 09:43
  • 8208 Baxış
İnfarkt və insultun riskini, arterial təzyiqi aşağı azaldır.. .YAŞIL LOBYANIN MİSİLSİZ FAYDALARI
Ən faydalı tərəvəzlərdən biri olan lobya orqanizmə güclü müalicəvi və profilaktik təsir edir. Medicina.az lobyanın əsas faydalarını təqdim edir: - Qidalı liflərlə zəngin olan lobya orqanizmdə xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək-damar sistemi xəstəlikləri, infarkt və insultun riskini azaldır. - Həmçinin lobya qidalı liflərin sayəsində qəbizliyin qarşısını alır. Həll olunmayan qidalı liflər bağırsaqlarda özünə mayeni hopduraraq şişir və bu da bağırsaqların daha tez və rahat boşalmasını təmin edir. - Qidalı liflər izoflavon maddələri ilə birlikdə bağırsaqların mikroflorasını daha sağlam edir və bununla həm həzm proseslərini yaxşılaşdırır, həm də immun sistemini möhkəmləndirir. - Lobya arterial təzyiqi salmağa kömək edir. Bunun səbəbi lobyada olan kalium və maqnezium maddələridir. - Fol turşusu ilə zəngin olan lobya qanazlığı zamanı da faydalıdır. - Lobyanın istehlakı orqanizmdə kollagen zülallarının istehsalını artırır. Kollagen dərini daha cavan və dartılmış edir. - Lobya arıqlamağa yardım edir. Bu səbəbdən bir çox diyetoloqlar bişmiş lobyanı pəhrizlərə daxil edirlər. - Lobya orqanizmi təbii olaraq ziyanlı maddələrdən, selikdən, toksinlərdən təmizləyir.