İnfarkt zamanı ilk tibbi yardım - Nə edilməlidir?

  • 2021.03.25 13:05
  • 2010 Baxış
İnfarkt zamanı ilk tibbi yardım -  Nə edilməlidir?
İnfarkt zamanı ilk tibbi yardım çox önəmlidir.


Medicina.az xəbər verir ki, infarktın ən önəmli əlaməti sinə ağrısıdır. Ağrının 15 dəqiqədən uzun çəkməsinə, hərəkət etməklə artmasına və xəstənin hansı dərmanlardan istifadə etdiyinə diqqət etmək lazımdır.

Bəs infakrt zamanı nə etmək lazımdır?

Xəstəni rahat bir şəkildə oturdun və ya düz uzadın. Yarı oturuş pozisiyası adətən belə hallarda ən rahat olanıdır. Dincəlməsini və hərəkət etməməsini istəyin. Paltarları dardırsa, açın. Xəstəni sakitləşdirin. Daha əvvəl belə ağrıların olub-olmamasını, dərman istifadə edib-etmədiyini soruşun. Varsa, bir aspirin tabletini çiynəməsini və daha sonra su ilə udmasını istəyin. Təcili tibbi yardımı çağırın. Bu kimi hallarda xəstəni öskürtmək və ya kürəyinə vurmağın heç bir faydası yoxdur. Bunlar əksinə olaraq stress yükünü artırır. Soyuq ya da isti suyun altına girilməməlidir. Xüsusilə soyuq su belə hallarda çox təhlükəlidir. Çünki ürək damarlarını büzər və tıxalı olmayan damarların da daralmasına səbəb ola bilər. Təcili yardımı yataraq ya da oturaraq şəkildə gözlənilməlidir. Ayaqda durmaq olmaz.