Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnfarktdan sonra ürək niyə iltihablaşır?

  • 2025.05.07 10:30
  • 244 Baxış
İnfarktdan sonra ürək niyə iltihablaşır?

Canlı miokard hüceyrələri infarktdan sonra iltihabı tətikləyə bilər. Çox infarkt xəstələrində məhz bu rast gəlinir.


“Medicina” xəbər verir ki, Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, infarktdan sonra ürəyin iltihabı əvvəllər düşünüldüyü kimi immun hüceyrələr deyil, “sağ qalan” miokard hüceyrələrindən qaynaqlanır.


Miokard infarktı ürək-damar xəstəliklərinin ümumi təzahürüdür və bütün dünyada ölümün əsas səbəbi olaraq qalır. Ürək toxumasının bir hissəsinin ölümünə səbəb olur, bu da iltihablı reaksiya, ürəkdə struktur dəyişiklikləri və tez-tez ürək çatışmazlığının inkişafına səbəb olur.

İndiyə qədər iltihabın immunitet hüceyrələrinin zədələnməyə cavab verməsi nəticəsində yarandığına inanılırdı.

Bununla belə, tədqiqat göstərdi ki, kardiomiositlərin (ürək əzələ hüceyrələri) hələ də canlı olduğu "ölü" və sağlam toxuma arasındakı sərhəd zonasında aktiv iltihablı reaksiya meydana gəlir.

Onlar ürək əzələsinin zəifləməsinə və məhvinə səbəb olan iltihablı zülalların siqnallarını tətikləyənlərdir.

Siçanlar üzərində aparılan təcrübələr təsdiqlədi ki, fəsadların əsas tətikləyicisi məhz kardiyomiyositlərdir.

Sərhəd zonasında stresli hüceyrələr nüvə membranının bütövlüyünü itirərək DNT sızmasına və iltihab siqnallarının aktivləşməsinə səbəb olur. Bu, ürək toxumasını zəiflədir və onun genişlənməsi və yırtılması riskini artırdı.

Müəlliflərin fikrincə, kəşf infarktdan sonra xəstələrdə ürək çatışmazlığının
qarşısının alınması üçün yeni üsulların işlənib hazırlanmasını sürətləndirə bilər.

Aygün Musayeva