İnfeksiyaya yoluxan məşhur müğənni: Bundan sonra şəkil çəkdirməyim qadağandır

  • 2024.03.14 20:00
  • 988 Baxış
İnfeksiyaya yoluxan məşhur müğənni:  Bundan sonra şəkil çəkdirməyim qadağandır
Türkiyəli məşhur müğənni Gökhan Özenin səhhətində ciddi problem yaranıb.

Medicina.az xəbər verir ki, bu barədə sənətçi özünün sosial şəbəkə hesabında paylaşım edib.

İfaçı İzmirdə konsert verdikdən sonra infeksiyaya yoluxduğunu, müayinələrdən sonra həkimlərin ona heç kimlə təmasda olmamaq barədə xəbərdarlıq etdiklərini açıqlayıb.

“İzmir konsertindən sonra son üç gündür ki, ciddi infeksiyaya yoluxmuşam, yataqdayam. Həkimlərimizdən ciddi xəbərdarlıq almışam. Artıq mənə imza günlərində yüzlərlə insanla əlaqə saxlamaq qadağandır. Mənə bu infeksiyaların epidemik xəstəliklərdən qaynaqlandığını və təmas yolu ilə keçdiyini izah etdilər. Konsertlərimdən sonra saatlarla sevdiklərimlə şəkil çəkdirməkdən həzz alıram. Amma konsertdən sonrakı kulis seanslarında tərim soyumamış yüzlərlə insanla saatlarla təmasda olduğum günlər məni ikinci dəfə yatağa saldı. Həkimlərimdən ciddi göstərişlər var, təəssüflə bildirirəm ki, belə təmasları bitirirəm”, - deyə ifaçı təqibçilərinin diqqətinə çatdırıb.

O qeyd edib ki, səhhətinə görə iyul və avqust ayları istisna olmaqla, kulis görüşləri etməyəcək:

“Konsertdən sonra mənə və komandama təzyiq göstərən, kulis qapısını sındırmağa çalışan fanatlarımdan xahiş edirəm ki, belə davranmasınlar”.


Aysel