İnsan neçə dəfə ürəkdən sevə bilər? - Həqiqi eşq, yoxsa özünü aldatma?

  • 2023.02.16 13:30
  • 3226 Baxış
İnsan neçə dəfə ürəkdən sevə bilər?  - Həqiqi eşq, yoxsa özünü aldatma?


Belə bir populyar fikir var ki, insan həqiqi mənada ürəkdən həyatı boyu cəmi 3 dəfə sevə bilər.

Bəs alimlər bu barədə nə deyir?

Bakupost.az xəbər verir ki, psixoloq Yuliya Kuznesova insanın ömrü boyu potensial sevmə qabiliyyətinin fərdi və müxtəlif sayda olduğunu bildirib.

Bu qabiliyyət insanın psixikası, şəxsiyyətindən asılıdır. İnsan bir dəfə sevər deyə qanun yoxdur.

“Bizim beynimizin maraqlı qabiliyyəti var, romantik münasibət zamanı o hissləri sanki ilk dəfə yaşayırmış kimi hiss edir. Hər yeni sevgi münasibəti insanda zamanla baş verən dəyişikliklərə uyğun hiss verir: insanın özünə, başqalarına, dünyaya baxışı yaşdan yaşa dəyişir.

Sevgi hissi bioloji faktorlardan-neyromediatorlardan, eləcə də sosial təsəvvürlərdən, mənəvi prinsiplərdən asılıdır.
Valideyn, övlad, dost, sevgili, həyat yoldaşına olan sevgi təbiətcə eynidir. Bu baxımdan insan həyatı boyu saysız sayda sevə bilər. Necə ki, gənc vaxtı sevgilisini, dosunu sevirdi, sonra uşaqları oldu onları daha çox sevdi. Sevgidə standart axtarmaq lazım deyil.

Əsl sevgi 1 dəfə, 3 dəfə olaraq kimi rəqəmlərə fikir verməyin.

Alimlərin 3000 kişi və qadın üzərində apardığı təcrübə göstərib ki, orta statisitk olaraq, onlar 3-5 dəfə seviblər. Və ən güclü hisslər sonuncu münasibətdə olub.

Sevginin yaşı, vaxtı, sayı barədə standartlar, hesablama və öncəgörməlik özünü aldatmaqdan başqa bir şey deyil”.