Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan özü xərçəngi necə diaqnoz edə bilər? – Məşhur həkim

  • 2024.03.15 15:41
  • 1236 Baxış
İnsan özü xərçəngi necə diaqnoz edə bilər?  – Məşhur həkim
Xərçəng orqanizmi içəridən, sanki dərindən narahat edir, yeyib bitirir. Bəs insan özü müstəqil olaraq özündə onkoloji xəstəliyi diaqnoz edə bilərmi?


“Medicina” xəbər verir ki, rusiyalı tanınmış həkim Aleksandr Myasnikov bunun mümkünlüyünü bildirib.


“İnsan tualetə gedərkən sidiyi və nəcisinə diqqətlə baxmalıdır. Əgər orda qan izi, tündləşmə, qaralma varsa, dərhal həkimə getməlisiz.

Hər qeyri-adi simptom mütləq onkoloji xəstəlik olmur, amma digər ciddi xəstəliklərdən ola bilər.

Qara kömür rəngdə nəcis bir çox xərçəng növlərində olur.

Eləcə də baş ağrıları səngimirsə, beyin şişi və damar anevrizmasından ola bilər.

Bu simptomlara 50 yaşdan sonra xüsusilə diqqətli olmaq lazımdır.

Limfa düyünləri böyüyübsə, bərkiyibsə, dərhal onkoloqa getmək tələb edir.
Eləcə də əsas simptom: əgər insan normal yeyə-yeyə, səbəbsiz kəskin, yəni 7-10-12 kq arıqlayıbsa, bu daxildə proses olduğunu göstərir.

Ən ağır xəstəliklərdə insanda ətə qarşı ikrah hissi yananır, ətin qoxusunu belə götürə bilmir. Bu artıq gecikmiş mərhələdə olur”.


Aygün Musayeva