İnsanı gözəlləşdirən 10 ərzaq – Kişi və qadınlar üçün

  • 18 May 2022 13:56
  • 1267 Baxış
İnsanı gözəlləşdirən 10 ərzaq  – Kişi və qadınlar üçün

İnsanın zahiri gözəlliyinə təsir edən amillərdən biri də qidalardır.

Saçlar, dəri, dırnaqlar, sümük-əzələ sisteminin sağlamlığı gözəllik meyarıdır.

Bakupost.az sağlam gözəlliyi təmin edən 10 vacib qidanı təqdim edir.


1. Uzun acı bibər, çili bibəri – 100 qram bu istiotda 400% gündəlik C vitamini dozası var. C vitamini kollagen sintezi üçün vacibdir.

2. Qarağat, qaragilə, böyürtkən, moruq – antioksidant və C vitamini mənbəyidir.

3. Godji giləmeyvəsi – həm özü, həm çayı A vitamini mənbəyidir, bu da gənclik vitaminidir.

4. Pomidor, tomat şirəsi – güclü antioksidantdır. B 7 vitamini mənbəyidir

5. Kök – A, E vitamin, beta karoton mənbəyidir. Dəri, gözlər üçün vacibdir. Gözəllik mənbəyi biotinlə zəngindir

6. Brokkoli kələmi – dəri hüceyrələrini yeniləyir

7. Qırmızı şərab, çaxır – bədəndə iltihabı azaldır, dərini bərpa edir, ömrü uzadır

8. Avokado – A, E, K vitamini bombasıdır. Qadınlar üçün gənclik mənbəyidir

9. Sirkə, xüsusən alma sirkəsi – içmək yox, amma salatlara, yeməklərə qatıb mütəmadi qəbul etmək olar. İmmunitet, bağırsaq, beyin üçün faydalıdır.

10. Qoz, badam, fındıq, araxis – kişi və qadınların enerjisi, dərinin tonusu üçün vacibdir.

Eləcə də gözəllik üçün gündə 1 litrdən artıq təmiz su və arada mineral qazsız sular içmək vacibdir.

Aygün Musayeva
BakuPost