İnsanın ömrünü zəhərləyən toksiki kişini necə tanımalı?

  • 2024.01.17 19:13
  • 2052 Baxış
İnsanın ömrünü zəhərləyən toksiki kişini necə tanımalı?


Ailədə cütlüklərdən biri toksiki xarakter və davranışlı olduqda, həm qadının, həm də uşaqların ailə içi sabitliyi pozulur.


“Medicina” xəbər verir ki, psixoloq Mariya Şatalova toksik ata və ərdən eşidilən 5 məşhur ifadəni açıqlayıb.


1. Mən işləyirəm, çöldəyəm, sənsə uşaqlarla məşğul ol

– Çox kişilər əmindir ki, uşaq yetişdirməkvə tərbiyəsi yalnız qadının işidir, ona görə qadınlara dekret yazılır. Ər isə çöldədir, işləyir, yemək tapır, ovçudur, qəhrəmandır.

2. Pulları hara xərclədin, neynədin?

Belə kişidən maddi asılı olan qadının ailə xərclərindən əlavə şəxsi xərcləri də olur. Toksik ər verdiyi pulun hesabatını aparır, 10 istəyəndə 5 verir və qadının şəxsi xərcini artıq hesab edir, özü xərclərə qərar verir.

3. Mən çox şey vəd edə bilərəm, nə olsun.

Bu kişi həm yoldaşına, həm uşaqlarına nəyisə söz verir, amma aylarla onu təxirə salır. Heç vaxt buna görə üzr istəmir. Əksinə, tələb edəndə, çox şey deyə bilərəm, alınmadı, borcum yoxdur, vaxtım yoxdur deyir. Şəxsi məsuliyyəti yoxdur.

4. Sən özün günahkarsan

Özünün haqlı olduğunu daim sübut edir, səhv edəndə aqressivləşir, üzr istəmir. Hətta ailənin uğursuzluğunda tək qadını günahlandırır. Uşaq üçün belə ata təhlükəlidir, çünki abuzyer kimi davranır və bu uşaqda da günahkarlıq hissi yaradır.

5. Mənimlə danışma, səninlə danışmaq istəmirəm.

Emosional toksiki kişi küsməyə meyillidir, inciyir, susur və günlərlə insanı danışdırmaya bilir.
Zamanla eyni taktikanı uşağına qarşı da edir .

Belə kişilər mütləq psixiatr, psixoloq müayinəsi, müalicəsi, ailə terapiyası almalıdır.


Aygün Musayeva