İnsanın qocalması böyrəklərindən başlayır – Bu əlamətlər varsa...

  • 16 Apr 2021 19:07
  • 2154 Baxış
İnsanın qocalması böyrəklərindən başlayır  –  Bu əlamətlər varsa...


Çin təbabətində hesab edilir ki, insan sağlamlığının kökləri böyrəklərdə yerləşir və bu cüt orqan həyatın əsasıdır.
Elə bir daxili orqan yoxdur ki, onun işləməsində böyrəyin rolu olmasın.

Medicina.az xəbər verir ki, böyrəklər dedikdə təkcə iki orqan yox, bütün sidik, cinsiyyət sistemi, böyrəküstü vəzilər, cinsiyyət vəziləri nəzərdə tutulur.

Çünki məhz bu orqanlarda bədənin ekstrakt maddələri hasil olunub toplanır.

Bu orqanlar baş beyni qidalandırır, sümük sisteminə cavabdehdir,qan dövranını idarə edir, toxumaların elastikliyi, görmə, eşitmə, cinsi istək... həyati vacib funksiyaların mərkəzidir.

Çin təbabətində insanın xəstəliklərinin və qocalmasının məhz bu orqanlardan, yəni böyrək sistemindən başladığını deyirlər.

Orda belə bir diaqnoz var: “böyrək boşluğu”. Bu xəstəlik özünü müxtəlif xür göstərir: böyrək və beldə ağrılar, bəzi adamlarda sidiyin pozulması, bəzi kişilərdə cinsi zəiflik, qadınlarda diz ağrısı, gənc adamlarda erkən saç ağarma, bir çox adamlarda təngnəfəslik.

Müasir tibb bu xəstəliklərə ayrı-ayrı yanaşır, heç kim tam olaraq böyrəklərin buna səbəb olmasını bilmir.

Hansı hallarda insanda böyrəklər boşalır, yəni fəaliyyəti pozulur?

- Stress, qorxu, fikir, həyəcan, gərginlik – daim bu vəziyyətdə olanlarda böyrəküstü vəziyyətlərin funksiyası pozulur.

- Güclü soyuqlama, uzun müddət soyuq yerdə qalmaq, bədənin buzlaması, rütubət – soyuq əllər, soyuq oynaqlar, tez-tez sidiyə çıxmaq, böyrəklərdə ağrı, yorulmaq, döş qəfəsində, kürəkdə istilik, sıxılma, daim təşviş hissi olur. Əbəs yerə deməyiblər ki: ayaqların buz kimi, basin qaynardısa, deməli, böyrəklərin yaxşı işləmir.
Bədən temperaturunun düşməsinin qarşısını alın, ayaqları isti saxlayın.

- Fasiləsiz və müxtəlif partnyorlarla cinsi münasibət - əgər cinsi həyatı qarışıq birisizsə, cinsi infeksiyalar, eləcə də çoxsaylı orqazmlar böyrək və böyrəküstü vəziləri tükəndirir. Bu zaman başda ağrı, sümüklərdə ağrı, sızıltı, qulaqda küy, yorğunluq, beldə ağrılar ola bilər.


Əgər yuxarıda qeyd olunanlar sizdə varsa, o zaman böyrək sistemini böyrəküstü vəzilər daxil olmaqla yoxlanmaqda fayda var.