İnsanla fillərin ömrü eynidir – Alimlərdən araşdırma

  • 2023.08.08 22:59
  • 2250 Baxış
İnsanla fillərin ömrü eynidir  – Alimlərdən araşdırma
İndiana Universitetinin tədqiqatçısı Daniella Chusid, insanın yaşlanmasını qeyri-adi bir şəkildə araşdırır: o fillərin orqanizmi ilə insanı müqayisəli təhlil edir.


İnsanların və fillərin ömrü təxminən eynidir və fillər 70 ilə qədər yaşaya bilirlər.


“Medicina” xəbər verir ki, Chusid müxtəlif Fil növlərinin tibb və elmin köməyi olmadan, bu qədər uzun yaşamasının səbəbini öyrənmək istəyir.


“Fillər və insanlar ömür uzunluğu və sosiallıq kimi bəzi əsas xüsusiyyətlərə görə çox oxşardırlar, lakin fərqli təkamül yolları keçiblər. Fillərdə inkişaf etmiş bəzi unikal strategiyaları müəyyən edə bilsək, insanın sağlam qocalmasını daha yaxşı başa düşə bilərik."


Onun sözlərinə görə, fillərdə "genom qoruyucusu" olaraq bilinən və ümumi yaşlanma proseslərində də iştirak edən tp20 geninin 53 nüsxəsi var, lakin insanlar da daxil olmaqla digər məməlilərin əksəriyyətində bu genin sadəcə biri var. Bu, fillərin DNT zədələnməsinin əhəmiyyətli dərəcədə qarşısını alır, şişlərin böyüməsi və yaxud xərçəngin inkişaf etməsi ehtimalını azaldır.

Dosent bu araşdrımanı həyata keçirmək üçün Afrikaya, Zambiyaya, Konqo Respublikasına, həmçinin Uqandaya səfərlər etmiş,ordakı filləri hərtərəfli araşdırmışdır. Maraqlı yanaşması ilə seçilən Daniella, erkən yaş travması, ətraf mühitin çirklənməsi və insan fəaliyyətinin rolu kimi bir çox amilləri fillərin sağlamlığına və qocalmasına təsir edən amillər kimi araşdırır.

"Bilirik ki, erkən yaşda çətinliklərlə üzləşən uşaqlar orta hesabla sonrakı həyatlarında xəstəlik riski və daha qısa ömür sürürlər, fillərin də bu uşaqlar kimi sabitlik və dəstəyə ehtiyacları olduğunu düşünürəm. Çünki onlar da hər şey üçün ailələrinə güvənməkdə uşaq kimidirlər. Çox sosialdırlar, geniş bir duyğu nümayiş etdirirlər və müstəsna uzunmüddətli yaddaşa sahibdirlər, buna görə də erkən yaşda travmatik hadisələr yaşayan fillərdə insandakı kimi uzunmüddətli nəticələrin olub olmadığını bilmək istəyirik."


Tədqiqatçı, tək qalmış və ailə içində böyüyən fillər arasındakı fərqi araşdıraraq, valideynsiz və ailəsi ilə birlikdə böyüyən insanlar arasındakı fərqlilikləri həmçinin, bu fərqin hansı oxşar xəstəliklərə gətirib çıxaracağını araşdırıb. Bu araşdırma üçün o, GPS yaxalıqlarını 10 müxtəlif ailə vəziyyətinə malik fillərə quraşdırmışdır. Bundan sonra hər filin hərəkətlərini videoya çəkir; hormonları, parazit sayını və mikrobları analiz etmək üçün zibil və sidik nümunələri və DNT mutasiyası, həmçinin genetik məlumatları test etmək üçün dəri nümunələri toplayırlar. Nəticədə, Daniella hər filin sağlamlığı haqqında vahid bir fikir müəyyən edir.


"Əgər fillərin öz məkanlarından necə istifadə etdiklərini və bundan nə əldə etdiklərini daha yaxşı başa düşə bilsək, ətraf mühiti hər kəsin ən yaxşı şəkildə birlikdə yaşaya biləcəyi şəkildə yaratmaq və ya istifadə etmək üçün ağıllı yolları nəzərdən keçirə bilərik".


Xanım