İnsanlar ən çox iş yerində əsəbləşir- Ekspertlər

  • 2023.11.22 16:05
  • 949 Baxış
İnsanlar ən çox iş yerində əsəbləşir - Ekspertlər

22 noyabr Psixoloqlar günündə rusiyalı psixoloqlar sorğu keçirib.

İnsanlar ən çox nədən və harda stress keçirir?

“Medicina” xəbər verir ki, statistika rusiyalı gənc və orta yaşlı insanların daha çox iş yerində və işlə bağlı əsəb keçirdiyini göstərib.

Məhz bu qrup insanlar psixoloji kömək üçün müraciət edir.

Rəyi soruşulanların 35%-i işə görə həyəcan keçirir, 14% sağlamlığa, 14% ailə və uşaqlara görə, 12% pul məsələsi, 9% is dünyada baş verənlərə və xəbərlərə görə əsəbləşir.

41% insan etiraf edib ki, soyuq aylar gələndə daha kədərli və təşvişli olurlar.

Əksər insanlar stresi yemək, serial, meditasiya və təkliyə çəkilməklə çıxarır.

Dostlarla görüş və gəzinti elə də yaxşı təsir etmir.

80% stresli insan bir dəfə də olsun psixoloji dəstək üçün müraciət etməyib.

12% insan isə cəmi 1-2 dəfə psixo seansda olub.

Aygün Musayeva