İnsanların yarıdan çoxu depressiyadadır - Bu əlamətlər varsa...

  • 30 Sen 2021 17:10
  • 406 Baxış
İnsanların yarıdan çoxu depressiyadadır -  Bu əlamətlər varsa...
Pandemiyada depressiyaya düşməyən insan demək olar olmadı.

Depressiyada olan insan həyatda bəzən normal görünsə də, özünə dərin qapılan və bağlanan bir şəxsdir.

Bəs özündə depressiya aşkar edənlər nə etsin?

İlk növbədə buna sevinsin. Çünki özündə depressiyanı vaxtında aşkarlayan insan xilas oldu hesab edilə bilər. Orqanizm bu halı xəstəlik kimi qəbul etmir, nə baş verdiyini anlamır, ona görə beynin işində pozulmalar başlayır. Beyin daxili hisslərlə xaricdə yaşananları qarışdırır, hansının real olduğunu bilmir.

Medicina.az əsl klinik depressiyanın 8 əsas əlamətini təqdim edir.

1. Heç bir şeyə diqqəti cəlb etmək olmur, insan hiss edir ki, həyat çəkilməyəcək qədər ağırdır, qəlizdir və o yorulub.

2. Depressiya əlamətləri əsas səhərlər kəskinləşir. İnsan gün ərzində fikirlərdən yorulub yatır, yuxuları qarışıq olur və səhər gözünü açan kimi sanki burulğana düşmüş kimi özünü hiss edir. Yenə eyni həyat, yenə gün başladı deyib, ayağa qalxmaq istəmir. İnsan yuxudan ayılmamağı arzulayır.

3. Yaddaş qırılır. nə yediyini unudursan, nə yazdığını bilmirsən, 2 dəqiqə sonra nə edəcəyini xatırlamırsan. Getmək istəyirsən amma hara. Axşam baş verənləri səhər xatırlamırsan.

4. Hər dəfə bədənin müxtəlif nahiyələrində ağrılar olur. Analizlər, müayinələr isə ciddi bir şey göstərmir. Bu serotonin defisitindən yenə də beynin işinin pozulmasıdır. Ağrılara qarşı həssaslıq artır. Serotonin çatmayanda insanın əzələsindən tutmuş daxili orqanlarına kimi hər yeri ağrıyır

5. Doğmalarla, dostlarla ünsiyyət çətinləşir, özümüzü cilovlaya bilmirik. Deməyə sözümüz yoxdur. Yad insanlar isə bizi qıcıqlandırır. Hər kəsin həyatı bizə maraqsız olur. Heç bir xoş söz eynimizi açmır. Hətta kassadakı satıcı belə sizi qəzəbləndirir.

6. Yuxu həmişə pozulur. Yuxuya getmək çətindir, gecə boyu oyanırsız, səksənirsiz. Kabus yuxular görürsüz

7. Güzgüyə baxmaqdan qaçırsız, xarici görünüşünüz maraqlı deyil, təzə heç nə almırsız. Bunlar maraqsız və lazımsız gəlir. Ətrafınız sizə özünə bax, saçına əl gəzdir dedikdə əsəbləşirsiz. Beyninizdə mən eybəcərəm düşünürsüz. Nə etsəm də xeyri yoxdur

8. Dərin mərhələdə insan özünü qaranlıq qapısız, dar bir yerdə bağlanmış hiss edir. Ölsəm hər şet bitsə düşünür. Və artıq heç kimə dərdini demir. Kömək istəmir. Amma ürəyinin dərinliyində kömək əlini gözləyir.


Nə etməli?

Depressiyanı pis əhval, yuxusuzluq, başqa xəstəlik, inciklik, yorğunluq, xasiyyətlə əlaqələndirib, özü keçib gedəcək kimi düşünmək yanlışdır.

Bu zaman beyin lap özünü itirir və gücü tükənir. O bədəni lazımi qədər idarə edə bilmir.

Depressiyada olan insanı psixiatr və psixoterapevt birlikdə müalicə etməlidir. Psixiatr dəli, ruhi xəstə həkimi deyil.

Depressiya da ağır ruhi xəstəlik deyil. Depressiyada olan insanın ağlı itmir. Amma bütün bu xəstəlikləri psixiatrlar yaxşı bilir və müalicəni də onlar təyin edir. Yanaşı olaraq psixoloq, psixoterapevtlə söhbət, seanslar keçirilir.

Ümumilikdə müalicə 6 ay -1 il çəkir və insan tamam sağalır. Ya əvvəlki enerjili, şən insana qayıdır, ya da ondan da yaxşı güclü bir insana çevrilir.