Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsulin dirəncinin səbəbi güclü stresdir?

  • 2025.07.08 18:07
  • 111 Baxış
İnsulin dirəncinin səbəbi güclü stresdir?


Stress diabet və insulin müqavimətinin inkişafında risk faktorlarından biridir.


“Medicina” xəbər verir ki, diyetoloq Yelena Suxanova bu əlaqənin özünü necə göstərdiyini izah edib.

"Alimlər siçanları götürüb yüngülcə elektrik cərəyanı ilə şoka salaraq stressə məruz qoydular. Sonra siçanların qanında qlükoza və insulin testi apardılar. İki qrup siçan var idi: elektrikə məruz qalanlar və toxunmayanlar. Stressə məruz qalan siçanlarda qlükoza və insulin daha yüksək idi”.


Əks müşahidələr də stressin diabetin inkişafına töhfə verdiyi versiyasını dəstəkləyir. Belə ki, şəkərli diabetdən əziyyət çəkən insanlar arasında depressiv əhval-ruhiyyənin yayılması 50-70%-ə çatır.

Məsələ ondadır ki, böyrəküstü vəzilər tərəfindən sintez edilən kortizol və digər stress hormonlarının daim yüksək səviyyədə olması insulin müqavimətinə səbəb olur.

Emosional stress də karbohidrat mübadiləsinə təsir göstərir. Üstəlik, qaraciyər digər orqanlardan daha çox əziyyət çəkir. Məhz bu orqandan insulin müqaviməti yaranır.

Mümkünsə, stress faktorlarından qaçmağa çalışın. Yuxu cədvəlinə riayət edin, kifayət qədər yatın.


Yatmazdan əvvəl maqnezium əlavələri qəbul edin. Bu, sinir sistemini sabitləşdirməyə kömək edəcək və qaçılmazdırsa, stresə reaksiyalarınızı idarə etməyə kömək edəcək.


Aygün Musayeva