İnsult və infarktı öncədən bilmək üçün metod

  • 2024.03.11 17:08
  • 621 Baxış
İnsult və infarktı öncədən bilmək üçün  metod


Berlin universitetinin alimləri infarkt və insultu öncədən təyin etmək üçün metod kəşf ediblər.


“Medicina” xəbər verir ki, onlar KT vasitəsilə koronar arteriyalarda olan kalsiumun səviyyəsini ölçməklə riski öncədən proqnozlaşdırıb.

Radiology dərgisində çıxan tədqiqatda onlar orta yaşı 60 olan 1749 nəfərin arteriyalarında kalsiumun səviyyəsi ölçülüb.


Tədqiqatın bir çox iştirakçıları artıq sinədə ağrı, sıxılma və ürək-damar problemlərindən şikayət edirdi.

Alimlər onları 3 qrupa bölüb.
Damarlarda kalsiumun səviyyəsi 1-399 arası şkala ilə dəyərləndirilib.

Məlum olub ki, 1-dən aşağı konsentrasiyada ürək əzələri oksigenlə daha çox qidalanır və ürək xəstəliyi riski azdır.

Damarlarda kalsium səviyyəsi 400 olanlarda infarkt, insult riski 4 dəfə yüksəkdir və o insanlar artıq xəstə idilər.

Rəqəmlər kişi və qadınlar üçün eynidir.


Aygün Musayeva