İnsultla miqrenin fərqi - Bilmək vacibdir!

  • 2022.05.10 15:05
  • 1928 Baxış
İnsultla miqrenin fərqi    - Bilmək vacibdir!

Miqren və insult baş və beyinlə bağlı olan proseslərdir. Bəzən əlamətləri qarışıq salınır. Güclü miqren ağrıları olanlar çox zaman insult olduqlarının fərqinə varmır və ilk yardımda gecikirlər.


Bakupost.az insulta miqrenin 4 fərqini təqdim edir.

1. Miqren tədricən başlayır, ağrı getdikcə şiddətlənir, bir sutkaya kimi kəskinləşir, insult isə qəfil, dəqiqələr içində baş verir.
1 saniyənin içində başda ildırımvari ağrı qopub, dəqiqələr içində kəskinləşir.


2. Görmədə problem baş verir. Auralı miqren zamanı gözün önündə ziqzaq kimi naxışlar, parlayan alovlar görünür. İnsultda isə görmə qəfildən qaralır, ya da toranlaşır. Sanki xəstənin gözünün qarşısından pərdə asırlar. Əgər bu vəziyyət 5 dəqiqədən çox çəkirsə, bu işemik atakdır.


3. Xəstənin yaşı – 40 yaşa kimi gənclərdə adətən kəskin ildlrımvari ağrı miqrenlə bağlı olur. Yaşı 60-dan yuxarılarda isə miqren az rast gəlinir. Ona görə istənilən kəskin baş ağrısında insult istisna edilməlidir.


4. Miqrenin tətikləyici səbəbi, triqqeri olur, insult isə xəstə sakit halda olanda da baş verir.


Məsələn, miqren qidalardan, stresdən, yuxusuzluqdan, havanın dəyişməsindən olur. Eləcə də spirtli içkidən sonra baş verir.
İnsulta isə heç bir xarici amil təsir etmir. Sadəcə kəskin əsəb beyin damarlarının spazmını yarada bilər. Eləcə də yüksək təzyiq insulta səbəb olur.


Aygün Musayeva
BakuPost