İntihar genetik olaraq nəsildən ötürülə bilər – ALİMLƏR

  • 2024.01.09 17:44
  • 743 Baxış
İntihar genetik olaraq nəsildən ötürülə bilər  –    ALİMLƏR

Amerikalı alimlər intiharın da irsi ola biləcəyini sübut edib.


“Medicina” xəbər verir ki,intihara meyillilik psixi pozuntudur və bu da çoxdandır el arasında dolaşan fikri təsdiqləyir: bu hiss də genlərlə nəsildən-nəslə, ailəvi ötürülür.

Buna misal və sübutlar az deyil.

Məşhur yazıçı Ernest Heminquey intihar edib, 40 il sonra onun nəvəsi Marqo da eyni addımı atdı.
Yeni elmi araşdırma sübut edib ki, yüksək təşvişli ailələrdə intihara cəhd statistikası çox olur.


Bu nəticə həkim və psixiatrlara risk qrupunda olan insanları təyin edib, onlarla iş aparmağa yardım edər.

İntihara meyillilik sosial status və problemlə əlaqəli deyil. Ağır xəstələr və borcu olanlar, işsizlərlə yanaşı məşhur və zəngin insanlar da intihar edir.


Aygün